Mixeil Sarjveladze - "Milli Hərəkat"-ın öz simasını nə şəkildəsə dəyişəcəyini düşünmürəm, real olaraq o Gürcüstan siyasətinin əsas destruktiv qüvvəsi olaraq qalacaq
Mixeil Sarjveladze - "Milli Hərəkat"-ın öz simasını nə şəkildəsə dəyişəcəyini düşünmürəm, real olaraq o Gürcüstan siyasətinin əsas destruktiv qüvvəsi olaraq qalacaq

 

“Gürcü Arzusu”-nun üzvü Mixeil Sarjveladzenin sözlərinə görə, cəmiyyət “Milli Hərəkat”-da edilən müəyyən dəyişikliklərdən xüsusi nəsə gözləməməlidir.

Sarjveladzenin də dediyi kimi, yəqin ki, “Milli Hərəkat” daha da destruktiv xarakter alacaq.

“Bu məsələ ilə bağlı müzakirələr uzun müddətdir gedir , yeni və gözlənilməz heç nə olmayıb. Melianın məsəl üçün uzun müddət “Milli Hərəkat” -ın pankartı fonu olmadan ictimaiyyət qarşısına çıxması və bir çox qərarları və davranışları da buna dəlalət edir. Bu dəyişikliklərin cəmiyyətdə böyük gözləntilər yaratmalı olduğunu düşünmürəm. “Milli Hərəkat”-ın bununla bir şəkildə simasını dəyişəcəyini düşünmürəm, real olaraq o, Gürcüstan siyasətinin əsas destruktiv qüvvəsi olaraq qalacaq.Yeganə gözlənti yəqin ki, bu partiyanın öz destruktiv planlarını həyata keçirmək üçün daha dağıdıcı və aktiv olmaq istiqamətində gərginlik olacağı ilə bağlıdır. Başqa gözləntimiz heç olmamalıdır da ” – deyə Sarjveladze bildirib.