Mixeil Sarcveladze Maltanın səfiri ilə görüşüb
Mixeil Sarcveladze Maltanın səfiri ilə görüşüb

Səhiyyə naziri Mixeil Sarcveladze Maltanın Suveren Ordeninin Gürcüstandakı səfiri Teodoriko Nani ilə görüşüb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, görüşdə Gürcüstan və Maltanın Suveren Ordeni arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub.

“Mixeil Sarcveladze Teodoriko Naniyə Gürcüstandakı xeyriyyəçilik fəaliyyətinə görə təşəkkür edib. Həmçinin, Səhiyyə naziri Maltanın Suveren Ordeni ilə əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Görüşdə həmçinin gürcü tibb bacılarının Milanda xəstəxanaların birində peşəkar təcrübə keçdiyi tibbi layihə müzakirə olunub. Tərəflər gələcəkdə daha da fəal əməkdaşlığı müzakirə edib və yeni, birgə layihələrin perspektivlərini müzakirə ediblər.

Görüşdə həmçinin, Gürcüstanın Müqəddəs Taxt-Tacdakı fövqəladə və səlahiyyətli səfiri David Mekvabişvili iştirak edirdi”, – deyə Səhiyyə Nazirliyinin bəyanatında deyilib.