Mixeil Sarcveladze İsrail səfiri ilə görüşüb
Mixeil Sarcveladze İsrail səfiri ilə görüşüb

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze İsrail Dövlətinin Gürcüstandakı səfiri Valid Abu Haias ilə görüşüb.

Nazir səfiri vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə tərəflər Gürcüstan və İsrail arasında səhiyyə sahəsində mövcud əməkdaşlıq və onun daha da dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Tibbi təhsil, innovativ texnologiyalar və xəstəliklərin qarşısının alınması sahələrində təcrübənin bölüşdürülməsinə xüsusi diqqət yetirilib.

Mixeil Sarcveladze səhiyyə sisteminin gücləndirilməsinə dəstək məqsədilə İsrailin Gürcüstandakı səfirliyi tərəfindən həyata keçirilən layihə və təşəbbüslərə görə diplomata təşəkkür edib.

Tərəflər bir daha beynəlxalq formatlarda sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.