Mixeil Sarcveladze - əvəzedici terapiya proqramına daxil olmaq üçün qeydiyyat aktiv şəkildə aparılır, dövlət mərkəzləri yeni benefisiarları qəbul etməyə tam hazırdır
Mixeil Sarcveladze əvəzedici müalicə xidmətləri göstərən dövlət müəssisələrində olub. O, yerində vəziyyətlə tanış olub və qeydiyyat prosesi ilə mərkəzlərin hazırlığı barədə məlumatı birbaşa tibbi personaldan alıb.
Onun dediyinə görə, opioid asılılığının əvəzedici müalicəsi üzrə dövlət proqramına qoşulmaq üçün benefisiarların qeydiyyatı aktiv şəkildə davam edir, prosedurdan keçənlər əsasən xidməti özəl subyektlərdən alan xəstələrdir.
Nazirin bildirdiyinə görə, proqrama qoşulmaq üçün artıq yüzlərlə benefisiar qeydiyyatdan keçib və proses fasiləsiz şəkildə davam edir. Onun sözlərinə görə, dövlət mərkəzləri yeni benefisiarların qəbuluna tam hazırdır, ixtisaslı tibbi heyət və lazımi dərmanlar təmin olunub, həmçinin infrastrukturun yaxşılaşdırılması davam edir.
Mixeil Sarcveladze vurğulayıb ki, dövlət benefisiarlara nəticəyə yönəlmiş xidməti tamamilə pulsuz şəkildə təqdim edəcək.
Opioid asılılığının əvəzedici müalicəsi üzrə dövlət proqramına qeydiyyat 11 avqust da daxil olmaqla davam edəcək. Proseduru “onlayn” şəkildə, ost.moh.gov.ge saytında keçmək mümkündür.
Benefisiarlar həmçinin Psixi sağlamlıq və Narkomaniyanın qarşısının alınması mərkəzinə və ya onun ərazi bölmələrinə müraciət edə bilərlər. Qeydiyyat bazar günü istisna olmaqla, hər gün saat 15:00-dan 18:00-dək aparılır.
Məlumatı Səhiyyə Nazirliyinin Mətbuat Xidməti yayır.