Mixeil Sarcveladze Ermənistanın əmək və sosial məsələlər naziri ilə görüşüb
Mixeil Sarcveladze Ermənistanın əmək və sosial məsələlər naziri ilə görüşüb

Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze Yerevana rəsmi səfəri çərçivəsində Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan ilə ikitərəfli görüş keçirib.

Görüşdə tərəflər əmək və sosial müdafiə istiqamətində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını, həmçinin ölkələr arasında mövcud çağırışlar və uğurlu təcrübənin mübadiləsi məsələlərini müzakirə ediblər. Nazirlər bölgədə sosial müdafiə sistemlərinin inkişafının vacibliyini və gələcəkdə birgə layihələrin həyata keçirilməsi perspektivlərini vurğulayıblar.

Mixeil Sarcveladze Yerevanda keçirilən Sosial Ədalət üzrə Üçüncü Beynəlxalq Konfransda iştirak edir. Səfər regionda sosial ədalətin gücləndirilməsinə və beynəlxalq tərəfdaşlığın təşviqinə xidmət edir.

Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.