Mixeil Sarcveladze Beynəlxalq Tibbi Turizm Assosiasiyasının rəhbərləri ilə görüşüb
Mixeil Sarcveladze Beynəlxalq Tibbi Turizm Assosiasiyasının rəhbərləri ilə görüşüb

Səhiyyə naziri Mixeil Sarcveladze Beynəlxalq Tibbi Turizm Assosiasiyasının rəhbərləri ilə görüşüb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayır.

Onların məlumatına əsasən, Mixeil Sarcveladze “Medical Trust International” şirkətinin təsisçisi və icraçı direktorunu Gürcüstanda səhiyyə sahəsində həyata keçirilən müxtəlif proqramlar və islahatlarla tanış edib.

“Nazir beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və qeyd edib ki, Gürcüstan assosiasiyanın çətiri altında birləşmiş aparıcı Almaniya və İsveçrə klinikaları ilə tərəfdaşlıqda maraqlıdır.

Görüşdə konkret əməkdaşlıq istiqamətləri, o cümlədən Avropa klinikaları ilə birgə proqramların inkişafı, tibb işçilərinin ixtisaslarının artırılması və təcrübə mübadiləsi, staj və mübadilə proqramlarının həyata keçirilməsi müzakirə olunub. Söhbətdə yeni təhsil təşəbbüslərinin yaradılması və beynəlxalq standartlara cavab verən xidmətlərin gücləndirilməsi imkanlarına toxunulub.

Görüşdə assosiasiyanın təsisçisi Mariam Assef, icraçı direktor Səid Aldusari, “Gürcüstan Həmrəylik Fondu”nun rəhbəri Xatuna Çaçava, fondun nümayəndəsi Ketevan Kartozia, həmçinin Beynəlxalq Səhiyyə və Turizm Mərkəzinin baş direktoru Ekaterine Neparidze iştirak ediblər”, – deyə Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilib.