Mixeil Sarcveladze amerikan beynəlxalq fondu olan "The Stirling Foundation"nun nümayəndələri ilə görüşüb
Mixeil Sarcveladze amerikan beynəlxalq fondu olan "The Stirling Foundation"nun nümayəndələri ilə görüşüb

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze “The Stirling Foundation”nun nümayəndələri ilə görüşüb.

“The Stirling Foundation” dünyanın müxtəlif regionda yerli icmaların inkişafı, fövqəladə/təcili yardım, səhiyyə, köçkünlərə və qaçqınlara dəstək, qadınların və uşaqların təşviqi istiqamətində ailələrə dəstək və s. kimi sosial məsələlər üzrə fəaliyyət göstərən amerikan beynəlxalq fondudur.

Görüşdə uşaq onkologiyası istiqamətində atılan addımlar və məhdud imkanlı şəxslərin ehtiyacları müzakirə edilib. Söhbətdə Fond və nazirlik arasında mövcud sıx əlaqələrə də toxunulub və bu əməkdaşlıq nəticəsində Gürcüstanda bir sıra uğurlu layihənin həyata keçirildiyi qeyd olunub.

Görüşün sonunda “The Stirling Foundation” gələcək əməkdaşlığa bir daha hazır olduğunu bildirib.

Məlumatı İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiəsi nazirliyi yayır.