Mixeil Sarcveladze - 14 iyun Ümumdünya Qan Donoru Günüdür, bir insanın verdiyi qanla üç insanın həyatını xilas etmək mümkündür
14 iyun Ümumdünya Qan Donoru Günüdür və bunun məqsədi təhlükəsiz qan və qan məhsullarının əhəmiyyəti və ehtiyacı barədə məlumatlılığı artırmaqdır.
Ümumdünya Qan Donoru Günü ilə əlaqədar Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi xüsusi kampaniyaya qoşulub və mərkəzin nümayəndələri könüllü olaraq qan veriblər.
Səhiyyə naziri Mixeil Sarcveladzenin bildirdiyinə görə, bir insanın verdiyi qanla üç insanın həyatını xilas etmək mümkündür.
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin baş direktoru İrakli Purtseladze təhlükəsiz qanın əhəmiyyətindən danışıb.
Onun söylədiyinə görə, 2011-ci ildən ölkədə təhlükəsiz qan üzrə dövlət proqramı fəaliyyət göstərir, bu proqram gələcək istifadə üçün təhlükəsiz qan ehtiyatlarının yaradılmasını təmin edir.
Qeyd etmək lazımdır ki, donorların sayı da ildən-ilə artır və 2023-2024-cü illərdə bu göstərici 62 000 – 63 000 mini ötüb.
Ümumdünya Qan Donoru Günü 2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib və hər il qeyd edilir.
Məlumatı Səhiyyə Nazirliyi yayır.