Mixeil Saakaşvili - Prezident Zurabişvilinin Avropa Parlamentindəki bugünkü çıxışını müsbət qiymətləndirirəm
Gürcüstanın qərbyönlü kursu Qızılgül inqilabından sonra tam müəyyənləşdi və formalaşdı və bu kursun ən aydın ifadəsi 2003-2012-ci illərdəki Gürcüstan olub, – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.
Mixeil Saakaşvili Salome Zurabşvilinin Avropa Parlamentindəki çıxışını müsbət qiymətləndirir.
“Mən Prezident Zurabişvilinin Avropa Parlamentindəki bugünkü çıxışını müsbət qiymətləndirirəm. Mən başlağıçdan onun dəvətinin tərəfdarı idim, bu çox lazımlı zamanda lazımlı çıxış olub. Həmçinin, qeyd etmədən olmaz ki, o, gürcü dövlətinin əvvəllər qərbyönlü kurs seçdiyini vurğuladı. Hərkəsə məlumdur ki, bu kurs Qızılgül İnqilabından sonra tam şəkildə müəyyən edilib və formalaşıb və bu kursun ən aydın ifadəsi 2003-2012-ci illərdəki Gürcüstan olub, hərçənd, əminəm ki, diktaturayı məğlub etdikdən sonra bu yolda əsas uğurlar Gürcüstanı gözləyir”, – deyə Mixeil Saakaşvili yazır.