Mixeil Saakaşvili - Məni sınaqda tərk etməyən Ana Potiqaya minnətdaram
Məni sınaqda tərk etməyən Ana Potiqaya minnətdaram – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmə prosesində distant bağlantı zamanı deyib.
“Mən salonda olan avropalı siyasətçi Ana Potiqanı salamlamaq istərdim. Hər şeyə görə sizə çox təşəkkür etmək istəyirəm, Gürcüstanı ən çətin anda tərk etmədiniz, o cümlədən Gürcüstan hakimiyyətinin mənə yaşatdığı sınaqda məni tərk etmədiniz” – Mixeil Saakaşvili bildirib.
Tbilisinin Şəhər Məhkəməsində Mixeil Saakaşvilinin işi üzrə bugünkü məhkəmə prosesində sabiq avropalı parlamentari Ana Potiqa iştirak edir. Məhkəmə prosesi büdcə vəsaitlərinin israf edilməsi işi ilə bağlıdır.