Mixeil Saakaşvili - Heç yerdən getmək və heç bir demarş etmək niyyətində deyiləm, həmçinin kürəyimə vurulan bıçaq zərbəsinə də dözmək niyyətində deyiləm
Heç bir yerdən getmək və heç bir demarş etmək niyyətində deyiləm, çünki bu, onuncu dərəcəli və tamamilə əsassız bir məsələdir”, – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Saakaşvilinin sözlərinə görə, o, kürəyinə vurulan bıçaq zərbəsinə də dözmək niyyətində deyil.
“Bu gün diktator Gürcüstana işğal olunmuş ölkə kimi yanaşır, torpaqlarını əlindən alır, talayır və alçaldır, xalqı kölələşdirir, vətənpərvərləri həbs edir və bu işğalçıya qarşı amansız və güzəştsiz mübarizədə artıq heç kimə dil tökmək və layiq olmadığı halda başını sığallamaq fikrində deyiləm.
Mən kürəyimə vurulan bıçaq zərbəsinə dözmək niyyətində deyiləm. Nə də kiminsə mənim üçün müəyyən etdiyi qaydalarla hərəkət etməyi qəbul etmirəm. Mən bunu heç vaxt etməmişəm və bunu başqalarına da məsləhət görmürəm”, – Mixeil Saakaşvili yazır.