Mixeil Saakaşvili - Bizim mütləq qalib gələcəyimizə inanıram və Venesuelanın da qalib gələcəyinə əminəm
Venesuela prezidenti Çaves bizim qanunsuz işğal olunmuş ərazilərimizi tanıdıqdan sonra, mənim prezidentliyim dövründə biz Venesuela müxalifətinə yardım edirdik”, – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.
Onun sözlərinə görə, həm Gürcüstan, həm də Venesuela mütləq qalib gələcək.
“Sülh üzrə Nobel mükafatı Venesuelada keçirilmiş saxtalaşdırılmış seçkilərə qarşı etiraz hərəkatının ilhamverici siması olan Maria Maçadoya verilib.
Venesuela prezidenti Çaves ölkəmizin qanunsuz işğal olunmuş ərazilərini tanıdıqdan sonra, mənim prezidentliyim dövründə biz Venesuela müxalifətinə yardım edirdik.
Mütləq qalib gələcəyimizə inanıram və Venesuelanın da qalib gələcəyinə əminəm”, – Saakaşvili yazır.