Mixeil Saakaşvili -Bankların həddindən artıq mənfəətini cilovlamalıyıq, onların mənfəəti ən azı on dəfə azalmalıdır

13:08, 08.07.2024

 
Sosial ədalətsizliyə son qoymaq üçün bankların həddindən artıq mənfəətini cilovlamalıyıq – Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili uzaqdan qoşulduğu məhkəmə iclasında bu sözləri deyib.

Saakaşvilinin sözlərinə görə, banklar bütün Gürcüstanın əl-qolunu bağlayıblar.

“Bankların mənfəəti azaldılmalıdır, ən azı on dəfə və bu, kreditləri ucuzlaşdıracaq, insanları heç bir perspektiv olmadan küçədə qoyan bu faciəli bank borclarının ödənilməməsinin qarşısını alacaq”- deyə Mixeil Saakaşvili açıqlayıb.

Oxşar