Mixeil Saakaşvili - Alyansın elan etdiyi aksiya bütün partiyalı və partiyasız insanların dəstəyinə layiqdir, əsas odur ki, bunun davamı gəlsin və hər şey birdəfəlik addımlarla məhdudlaşmasın
Mixeil Saakaşvili - Alyansın elan etdiyi aksiya bütün partiyalı və partiyasız insanların dəstəyinə layiqdir, əsas odur ki, bunun davamı gəlsin və hər şey birdəfəlik addımlarla məhdudlaşmasın

Alyansın sabah elan etdiyi aksiya bütün partiyalı və partiyasız insanların dəstəyinə layiqdir, – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazır.

Saakaşvilinin yazdığı kimi, əsas odur ki, hər şeyin davamı gəlsin və birdəfəlik addımlarla məhdudlaşılmasın.

“Gürcüstanın son dərəcə alçaldılması və məhv edilməsi xoşumuza gəlmirsə, bu rejimə qarşı çıxırıqsa, bu və ya digər siyasətçini bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, bir yerdə dayanmalıyıq. Mən də bir çox şeyi bəyənmirəm, lakin iş xalqın etiraz nümayişinə gəldikdə, orada mənim və ya başqasının etirazı deyə bir şey yoxdur. Əsas odur ki, hər şeyin davamı gəlsin və birdəfəlik addımlarla məhdudlaşılmasın. Mən gələcəkdə də öz səmimi fikrimi ucadan ifadə etməyə davam edəcəyəm”, – deyə Mixeil Saakaşvili yazır.