Mixeil Canelidze - NATO-ya inteqrasiya təhlükəsizliyimizin alternativsiz seçimidir
NATO günləri çərçivəsində Gürcüstanın vitse-premyeri və Xarici İşlər Naziri Mixeil Canelidze Kvemo-Kartlinin özünüidarə etmə orqanları, qeyri-hökümət təşkilatları və medya nümayəndələri ilə görüş keçirdi.
Xarici İşlər İdarəsinin rəhbəri Avro-atlantik inteqrasiya prosesində mövcud olan tərəqqi haqqında söz etdi.
Mixeil Canelidze qeyd etdi ki, NATO günləri çərçivəsində o ilk öncə Marneuliyə getdi, hansı ki, onun dediyinə görə, böyük tarixi, böyük imkanları və gələcəyi olan bir şəhərdir, orada yaşayan cəmiyyət isə, çox fəaldır və ölkədə baş verən prosesləri dəstəkləmək üçün entuziazmla doludur.
“NATO-ya inteqrasiya təhlükəsizliyimizin alternativsiz seçimidir. NATO ilə əməkdaşlığımız güclü bir ölkə olmamız və aqressiya ilə baş gəlməmiz üçün zəruridir. Məqsədimz odur ki, bu əməkdaşlıqla ölkəmizə sülhü, sabitliyi və təhlükəsizliyi təmin edə bilək” – dedi Xarici İşlər Naziri.
Tədbirdə iştirak edən ictimaiyyətə nitqlə NATO və Avropa İttifaqı haqqında infomasiya mərkəzinin direktoru Nino Bolkvadze, Kvemo-Kartlinin qubernatoru Qriqol Nemsadze, Marneulinin meri Temur Abbazov və Gürcüstanda NATO-nun müttəfiq ofisinin rəhbəri Rozaria Puqlis müraciət etdilər.
Mixeil Canelidzenin verdiyi şərhləri Xarici İşlər Nazirliyi yayır.