Mixeil Canelidze BMT-nin baş Assambleyasının yüksək səviyyəli görüşündə iştirak edəcək
İşguzar səfərlə Nyu-Yorkda olan vitse-premyer və Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze bugün BMT-nin baş Assambleyasının yüksək səviyyəli görüşü – High level meeting on peacebuilding and sustaining peace-də iştirak edəcək.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Mixeil Canelidze BMT Baş Assambleyasının yüksək səviyyəli görüşündə diqqətini Gürcüstanın qarşısında duran əsas çağırışlardan biri olan, işğal edilmiş ərazilərə yetirəcək və həmçinin, Gürcüstan iqtidarının “Daha yaxşı gələcək üçün addım” adlı sülh təşəbbüsü haqqınsa söz edəcək.
Baş debatlar çərçivəsində, BMT-də Gürcüstanın təşkilatçılığı ilə, pararlel tədbir – Achieving sustainable peace based on the respect of human rights keçiriləcək, hansı ki, həmçinin, işğal edilmiş ərazilərdə insan hüquqlarının vəziyyətinə aiddir.
Gürcüstan tərəfindən təşkil edilmiş tədbirdə BMT-nin üzv ölkələrinin yüksək ranqlı nümayəndə heyyətləri iştirak edəcəklər.
Səfər şərçivəsində, həmçinin, Gürcüstanın Xarici İşlər İdarəsinin kolleqa nazirlərlə görüşü planlaşdırılıb.
Mixeil Canelidzenin səfəri aprelin 25-də başa çatacaq.