Mixeil Ğavelaşvilinin Ermənistan Respublikasına rəsmi səfəri başlayıb
Gürcüstan prezidenti Mixeil Ğavelaşvilinin Ermənistan Respublikasına rəsmi səfəri başlayıb.
“Zvartnots” beynəlxalq hava limanında Gürcüstan prezidentinin qarşılanma mərasimi keçirilib. Mixeil Ğavelaşvilini hava limanında Ermənistan Respublikasının baş nazirinin müavini Tiqran Xaçaturyan qarşılayıb.
Səfər çərçivəsində Gürcüstan prezidenti erməni həmkarı Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla yüksək səviyyəli görüşlər keçirəcək. Prezident həmçinin, bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək.
Mixeil Ğavelaşvili Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsalia, Gürcüstan parlamenti sədrinin birinci müavini Qiorqi Volski, deputatlar Samvel Manukyan və Sumbat Kyureğianidən ibarət nümayəndə heyəti ilə Ermənistan Respublikasında səfərdədir.