Mixeil Ğavelaşvili veteranları Faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edib
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladze ilə birlikdə Veteranların Mədəniyyət və İstirahət (Kikvidze) parkında olub, İkinci Dünya Müharibəsi iştirakçısı veteranları faşizm üzərində qələbə günü münasibətilə təbrik edib.
Prezident Kikvidze parkında Meliton Kantarianın abidəsini çiçəklərlə bəzəyib və müharibədə həlak olanların xatirəsini ehtiramla yad edib.
“9 May bəşəriyyətin faşizm üzərində qələbə ilə yeni tarix yazdığı gündür. Biz gürcülər bu tarixin yaradılmasında böyük töhfə vermişik. Qəhrəman veteranlarımıza böyük ehtiramımı bildirir, İkinci Dünya Müharibəsi zamanı azadlıq və sülh uğrunda canlarını əsirgəməyən soydaşlarımızın xatirəsini ehtiramla yad edirəm”, – Mixeil Ğavelaşvili bildirib.