Mixeil Ğavelaşvili Romanın yeni Papası XIV Leonun andiçmə mərasimində iştirak edəcək

12:32, 15.05.2025

Gürcüstan prezidenti Mixeil Ğavelaşvili nümayəndə heyəti ilə birlikdə mayın 18-də Vatikanda Romanın yeni Papası XIV Leonun andiçmə mərasimində iştirak edəcək.

Yeni Papa mayın 8-də keçirilən kardinallar yığıncağı tərəfindən seçilib. Amerikalı kardinal Robert Fransisk Prevostu papalıqda XIV Leo adlandırılır.

Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Vəsiyyətə əsasən, pontifik Roma­dakı “Santa Maria Maggiore” məbədində dəfn olunub.

Mixeil Ğavelaşvili Vatikanda Papa Fransiskin dəfn mərasimində də iştirak edirdi.

Oxşar