Mixeil Ğavelaşvili – Qonşu ölkələrin liderləri ilə keçirdiyim görüşlərdən çox məmnunam, Cənubi Qafqazın oazis ola bilmə imkanı var
Mixeil Ğavelaşvili – Qonşu ölkələrin liderləri ilə keçirdiyim görüşlərdən çox məmnunam, Cənubi Qafqazın oazis ola bilmə imkanı var

Qonşu ölkələrin liderləri ilə keçirdiyim görüşlərdən çox məmnunam, Cənubi Qafqazın oazis ola bilmə imkanı var, – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Gürcüstanın Birinci Kanalında “Maka Tsintsadze ilə Aktual mövzu” verilişində bildirib.

Mixeil Ğavelaşvilinin söylədiyinə görə, onlar Cənubi Qafqazda sülhün təmin edilməsi potensialının prioritet olduğunu gördülər.

“Bir-birimizlə danışdığımız zaman ideal mənzərə idi. Mən əvvəlcə Azərbaycana səfər etdim, sonra isə Ermənistana. Ermənistan da tədricən Cənubi Qafqazın malik olduğu resursu görməyə başladı. ABŞ-ın bu günkü təbriki də bunu vurğulayır. Onlar da Cənubi Qafqazda sülhün təmin olunması imkanının prioritet olduğunu gördülər. Əlbəttə, bütün böyük dövlətlərin marağı yaranacaq. Cənubi Qafqazın regionda oazis ola bilmə imkanı var. Münaqişə mövzusu olmamaq, hansısa böyük dövlətin tapşırığını yerinə yetirmək deyil, əksinə, tədricən görüşlərin, investisiyaların və münasibətlərin yaxşılaşdırılması səviyyəsinə çatmaqdır, bunun üçün resurs var”, – deyə Mixeil Ğavelaşvili bildirib.