Mixeil Ğavelaşvili Pasxa bayramı ilə əlaqədar 33 məhkumu əfv edib
Mixeil Ğavelaşvili Pasxa bayramı ilə əlaqədar 33 məhkumu əfv edib

Gürcüstan prezidenti Mixeil Ğavelaşvili Konstitusiyanın ona verdiyi səlahiyyət çərçivəsində Pasxa bayramı ilə əlaqədar 33 məhkumu əfv edib.

Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.

Onların məlumatına əsasən, əfv olunan şəxslər cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra ailələrinin yanına qayıtmaq və yenidən cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı əldə edəcəklər.