Mixeil Ğavelaşvili - Öz ölkəsinin maraqlarından irəli gələrək, Gürcüstan Ukraynaya "kömək edərək" burada ikinci cəbhə açmaq göstərişini yerinə yetirmir
“Xalqın Gücü”nün siyasi katibi Mixeil Ğavelaşvili ölkə hakimiyyətinin zorakılıqla dəyişdiriməsi təhlükəsindən danışır və əhalini ayıq-sayıq olmağa çağırır.
Onun “Xalqın Gücü”nün məktubunu şərh edərkən jurnalistlərə dediyi kimi, xarici qüvvələr tərəfindən bu istiqamətdə səylər yavaşımayıb.
Mixeil Ğavelaşvili onu da qeyd edib ki, seçki mövzusu, xüsusilə onun əvvəlcədən saxtalaşdırıldığını bəyan etmək ölkədə mövcud hakimiyyəti dəyişmək imkanlarından biri olacaq.
“Ukraynada müharibə hələ də davam edir və əlbətdə, Gürcüstanda hakimiyyətin dəyişməsində maraq var, çünki bu hakimiyyət sülhü qoruyur. Öz ölkəsinin maraqlarından irəli gələrək, Gürcüstan Ukraynaya “kömək edərək” burada ikinci cəbhə açmaq göstərişini yerinə yetirmir. Gürcüstan vətəndaşları bu səylərin yavaşımamasına və ehtiyatlı davranmaq üçün daha da hazır olmalıdırlar. Bütün bunlar seçki mövzusuna aiddir, çünki onlar hansısa yolla indiki hakimiyyətin dəyişməsi məqsədilə əvvəlcədən saxtalaşdırılmaqdan danışmaqla, zorakılıq yoluyla seçkilərin nəticələrini dəyişmək qərarını veriblər” – Mixeil Ğavelaşvili bildirib.