Mixeil Ğavelaşvili NATO-da Gürcüstanın yeni təyin olunmuş nümayəndəsi və Qətər dövlətində Gürcüstanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Mixeil Ğavelaşvili NATO-da Gürcüstanın yeni təyin olunmuş nümayəndəsi və Qətər dövlətində Gürcüstanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Gürcüstanın Prezidenti Mixeil Ğavelaşvili NATO-da Gürcüstanın yeni təyin olunmuş nümayəndəsi İrakli Beraia və Qətər dövlətində Gürcüstanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Varlam Avaliani ilə görüşüb. Bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayır.

Prezident Administrasiyasının məlumatına görə, Mixeil Ğavelaşvili gürcü diplomatlarını vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məlumatda deyildiyi kimi, görüş prezident sarayında keçirilib.