Mixeil Ğavelaşvili - Mən gürcü cəmiyyətinə demək istəyirəm ki, Gürcüstan düzgün yoldadır
Mixeil Ğavelaşvili - Mən gürcü cəmiyyətinə demək istəyirəm ki, Gürcüstan düzgün yoldadır

Mən gürcü cəmiyyətinə demək istəyirəm ki, Gürcüstan düzgün yoldadır, – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Nyu-Yorka səfərini yekunlaşdırarkən bildirib.

Mixeil Ğavelaşvilinin bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp da daxil olmaqla bir sıra liderlər Gürcüstanın dəstəklədiyi dəyərlərdən danışıblar.

“Mən gürcü cəmiyyətinə demək istəyirəm ki, Gürcüstan düzgün yoldadır, bir çox lider dəyərlərdən danışıb. Amerika Birləşmiş Ştatları Prezidentinin çıxışı diqqətəlayiqdir. Onun toxunduğu dəyərləri, bu prinsipləri biz qoruyuruq. Bu, ölkənin milli maraqlarına, suverenliyinə, mədəniyyətin qorunmasına, öz ölkələrini birinci yerdə tutmağa aid idi və hamını öz ölkələrinə diqqət yetirməyə çağırırdı. Biz bu prosesi uzun müddətdir başlamışıq. O, ölkəmizin qoruduğu ailə və inanc mövzusuna da toxundu. Mən ictimaiyyətə güclü olmalarını demək istəyirəm”, – Gürcüstan prezidenti bildirib.