Mixeil Ğavelaşvili Maltanın səfiri Teodoriko Nani ilə görüşüb

18:32, 08.08.2025

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Maltanın Suveren Ordeninin səfiri Teodoriko Nani ilə görüşüb. Bu barədə Prezident Administrasiyası məlumat yayır.

Qurumun məlumatına görə, görüşdə Gürcüstan ilə Malta Suveren Ordeni arasında mövcud olan münasibətlərə diqqət yetirilib.

“Görüşdə Gürcüstan ilə Malta Suveren Ordeni arasında mövcud olan münasibətlərə və əməkdaşlıq sahələrinə diqqət yetirilib. Həmçinin, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub,” – Prezident Administrasiyası tərəfindən yayılan məlumatda deyilib.

Oxşar