Mixeil Ğavelaşvili - Krans-Montana xizək kurortunda baş vermiş faciə ilə bağlı dərin kədərimi bildirirəm, gürcü xalqı ümumdünya matəminə qoşulur, İsveçrə xalqının böyük ağrısına şərik oluruq
Mixeil Ğavelaşvili - Krans-Montana xizək kurortunda baş vermiş faciə ilə bağlı dərin kədərimi bildirirəm, gürcü xalqı ümumdünya matəminə qoşulur, İsveçrə xalqının böyük ağrısına şərik oluruq

Krans-Montana xizək kurortunda baş vermiş, günahsız insanların həyatına son qoyan dəhşətli faciə ilə əlaqədar dərin hüznümü bildirirəm, – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili sosial şəbəkədə yazır.

Ğavelaşvilinin sözlərinə görə, gürcü xalqı İsveçrə xalqının böyük ağrısını bölüşür.

“Bu çətin anlarda gürcü xalqı ümumdünya matəminə qoşulur – biz isveçrə xalqının böyük ağrısını bölüşürük. Mən həlak olanların ailələrinə, onların yaxınlarına və bu böyük faciədən əziyyət çəkən hər kəsə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Gürcüstan sizin yanınızdadır”, – Ğavelaşvili yazır.

Məlumat üçün bildirək ki, partlayış yanvarın 1-də yerli vaxtla saat 01:30-da Yeni il şənliklərinin keçirildiyi Krans-Montana xizək kurortunda yerləşən “Le Constellation Bar and Lounge”da baş verib. Xizək kurortunda partlayış nəticəsində 40-a yaxın insan həlak olub, 115-dən çox insan isə yaralanıb. Ölkədə beş günlük matəm elan edilib.