Mixeil Ğavelaşvili - Cey Di Vens və Marko Rubio ilə söhbət zamanı ortaq dəyərlər vurğulandı, ümid edirik ki, münasibətlər dinamik şəkildə davam edəcək
Mixeil Ğavelaşvili - Cey Di Vens və Marko Rubio ilə söhbət zamanı ortaq dəyərlər vurğulandı, ümid edirik ki, münasibətlər dinamik şəkildə davam edəcək

İlk gün Beynəlxalq Olimpiya Komitəsinin qəbulunda bir çox ölkənin liderləri iştirak edirdi. Bu şam yeməyi məhz bir-birimizlə söhbət etmək imkanı əldə etmək üçün təşkil olunmuşdu və bu formatda ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə söhbət etmək imkanı əldə etdik, – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Milana işgüzar səfərinin yekunları zamanı bildirib.

Prezidentin qeyd etdiyi kimi, müzakirə ABŞ və Gürcüstanın ortaq dəyərləri barədə olub və ümid edir ki, iki ölkə arasındakı münasibətlər növbəti illərdə dinamik şəkildə davam edəcək.

“Çox səmimi görüş idi.Bilirsiniz ki, mövcud administrasiya ilə ölkəmizin artıq illərdir sadiq qaldığı dəyərlər baxımından uyğunluq var; bu, milli maraqlara və ailə dəyərlərinə aiddir. Yeri gəlmişkən, vitse-prezident Gürcüstanın xristianlığa tarixi bağlılığını bildiyini qeyd etdi və bu barədə xoş sözlərini əsirgəmədi. O, həmçinin bizim Patriarxın da adını çəkdi. Belə isti və yaxşı münasibətimiz oldu. O, ortaq dəyərlərimizi vurğuladı və ümid edirik ki, bu isti görüşdən sonra qarşılıqlı təəssüratlara uyğun olaraq münasibətlərimiz gələcək illərdə dinamik şəkildə davam edəcək”, – Mixeil Ğavelaşvili bildirib.