Mixeil Ğavelaşvili İtaliya Prezidenti Sercio Mattarellanın adından keçirilən təntənəli qəbulda iştirak edib
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili həyat yoldaşı Tamar Baqrationi və xarici işlər naziri Maka Boçorişvili ilə birlikdə İtaliya Prezidenti Sercio Mattarellanın adından keçirilən təntənəli qəbulda iştirak edib.
Gürcüstan Prezident Administrasiyası məlumat yayır.
“İtaliyanın Baş naziri Corcia Meloni XXV Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edən xarici dövlət başçılarının şərəfinə keçirilən təntənəli qəbulda olub.
Tədbir Palazzo Realdə keçirilib”, – məlumatda qeyd olunur.