Mixeil Ğavelaşvili - İspaniyada baş vermiş faciə ilə əlaqədar dərin kədərimi ifadə edir, bu çətin zamanda ispan xalqı ilə həmrəy olduğumu bildirirəm
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili İspaniyada baş vermiş qatar qəzası nəticəsində həlak olanların ailələrinə başsağlığı verir.
“İspaniyada baş vermiş və insanların həyatına son qoyan qatar qəzası ilə bağlı dərin kədərimi bildirirəm.
Həlak olanların ailələrinə başsağlığı verirəm və bu çətin zamanda ispan xalqı ilə həmrəy olduğumu bildirirəm”, – deyə Mixeil Ğavelaşvilinin başsağlığı məktubunda deyilib.
İspaniyada sürətli qatarların toqquşması nəticəsində son göstəricilərə görə 39 nəfər həlak olub, azı 170 nəfər xəsarət alıb. Hadisə İspaniyanın cənubunda, Kordova şəhəri yaxınlığında baş verib. Yayılan məlumata görə, Malaqadan Madrid istiqamətində hərəkət edən, təxminən 300 sərnişinin olduğu sürətli qatar relsdən çıxaraq əks istiqamətdə — Madriddən Uelva istiqamətində gedən sürətli qatarla toqquşub.