Mixeil Ğavelaşvili İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib
Mixeil Ğavelaşvili İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Faşizm üzərində Qələbənin 81-ci ildönümü ilə əlaqədar İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini yad edib.

“Sizi 9 May Qələbə Günü münasibətilə təbrik edirəm! Faşizm üzərində Qələbənin 81-ci ildönümü ilə əlaqədar olaraq Veteranların Mədəniyyət və İstirahət Parkında İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini ehtiramla yad etdim.

Mən Baş nazir İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, eləcə də icra və qanunverici hakimiyyətin nümayəndələri ilə birlikdə Veteranların Mədəniyyət və İstirahət Parkında iştirak edirdim”, – Ğavelaşvili sosial şəbəkədə yazır.