Mixeil Ğavelaşvili həbsdə olan siyasətçilərə müraciət edərək, əfv barədə ərizə ilə çıxış etmələrini, seçkilərdə iştirak etmək istəyini təsdiqləmələrini və dərhal əfv aktının veriləcəyini bildirir
Mixeil Ğavelaşvili həbsdə olan siyasətçilərə müraciət edərək, əfv barədə ərizə ilə çıxış etmələrini, seçkilərdə iştirak etmək istəyini təsdiqləmələrini və dərhal əfv aktının veriləcəyini bildirir

Gürcüstan prezidenti Mixeil Ğavelaşvili həbsdə olan siyasətçilərə müraciət edərək, əfv barədə ərizə ilə çıxış etmələrini, seçkilərdə iştirak etmək istəyini təsdiqləmələrini və dərhal əfv aktının veriləcəyini bildirir.

Bu barədə prezident Ğavelaşvilinin bəyanatında qeyd olunub.

“Dəqiq üç ay sonra, 4 oktyabr 2025-ci il tarixində yerli özünüidarəetmə seçkiləri keçiriləcək və Gürcüstan əhalisi 64 munisipalitetin meri və şurasını seçməlidir. Vacibdir ki, bu seçkilərdə Gürcüstan qanunvericiliyinə uyğun qeydiyyatdan keçmiş və seçkilərdə iştirak etmək istəyən bütün siyasi partiyalar tam iştirak etsinlər. Həmçinin, bütün siyasi partiyaların tam və effektiv seçki kampaniyası keçirməsi təmin edilməlidir.

Bu şəraitləri nəzərə alaraq, bütün aidiyyəti cəza çəkən siyasətçiyə müraciət edirəm ki, əfv haqqında ərizə ilə müraciət etsinlər və həmin ərizədə seçkilərdə iştirak etmək barədə istəklərini təsdiqləsinlər. Belə müraciət edildiyi təqdirdə, dərhal aidiyyəti cəza çəkənlərin əfv edilməsi barədə aktı imzalayacağam. Belə ərizə ilə müraciət edildiyi halda, dərhal aidiyyəti cəza çəkənlərin əfv edilməsi barədə aktı verəcəyəm”, – Ğavelaşvilinin bəyanatında qeyd olunub.