Mixeil Ğavelaşvili Gürcüstanın yeni təyin olunmuş səfirləri Konstantin Kvaçakidze, Qia Maçaradze, Sopio Katsarava və Davit Mekvabişvili ilə görüşüb
Mixeil Ğavelaşvili Gürcüstanın yeni təyin olunmuş səfirləri Konstantin Kvaçakidze, Qia Maçaradze, Sopio Katsarava və Davit Mekvabişvili ilə görüşüb

Gürcüstan prezidenti Mixeil Ğavelaşvili diplomatik missiyaya yola düşməzdən əvvəl Gürcüstanın Slovakiya, Efiopiya, İrlandiya və Müqəddəs Taxt-tacda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri ilə görüş keçirib. Bu barədə prezident administrasiyası məlumat yayır.

Administrasiyanın məlumatına görə, Mixeil Ğavelaşvili diplomatları vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konstantine Kvaçakidze Slovakiya Respublikasına, Qia Macaradze Efiopiya Federativ Demokratik Respublikasına, Sopio Katsarava İrlandiyaya, Davit Mekvabişvili isə Müqəddəs Taxt-Taca Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri olaraq təyin edilib.

Görüş Prezident sarayında keçirilib.