Mixeil Ğavelaşvili Gürcüstanın Latviyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ana Abuladze ilə görüşüb
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Gürcüstanın Latviya Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ana Abuladze ilə görüşüb. Bu barədə Prezident Administrasiyası məlumat yayır.
Onların verdiyi məlumata görə, görüşdə Gürcüstan-Latviya münasibətlərinə, ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərinə və diplomatik missiya çərçivəsində Gürcüstanın maraqlarının səmərəli şəkildə təmsil olunmasının vacibliyinə toxunulub.
Gürcüstan Prezidenti yeni təyin olunmuş səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb və Latviya ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.