Mixeil Ğavelaşvili, Gürcüstan nümayəndə heyəti ilə birlikdə BMT-nin mənzil-qərargahında Birləşmiş Millətlər Təşkilatının yaradılmasının ildönümü tədbirində iştirak edir
Gürcüstanın Prezidenti Mixeil Ğavelaşvili, gürcü nümayəndə heyəti ilə birlikdə BMT-nin mənzil-qərargahında Birləşmiş Millətlər Təşkilatının yaradılmasının ildönümü tədbirində iştirak edir.
Mixeil Ğavelaşvili sentyabrın 21-də Amerika Birləşmiş Ştatlarına səfər edib. Gürcüstan prezidenti Nyu-Yorka səfəri çərçivəsində BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.
Gürcüstan Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, ABŞ-a səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər planlaşdırılır. Mixeil Ğavelaşvili BMT-nin Baş katibi Antonio Quterreşlə görüş keçirəcək.
Bununla yanaşı, Gürcüstan Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə ABŞ Prezidenti Donald Tramp və onun həyat yoldaşı Melaniya Trampın adından təşkil olunacaq rəsmi qəbulda iştirak edəcək.