Mixeil Ğavelaşvili - elektron seçki sistemində insanların səsləri qorunub və saxtalaşdırmaq mümkün deyil, bunu müxalifət də etiraf edirlər
Parlamentin üzvü, deputat Mixeil Ğavelaşvili bildirir ki, müxalifət tərəfindən yayılan məlumat yalandır, guya şəxsiyyət vəsiqələri ilə seçkiləri “Gürcü Arzusu”nun xeyrinə saxtalaşdırmaq üçün manipulyasiya edilir.
Onun qeyd etdiyi kimi, seçkiöncəsi mühit sakitdir.
Onun dediyinə görə, radikal müxalifət nümayəndələri əhalini seçkilərə gəlməyə çağırır və nəticələrin saxtalaşdırıla bilməyəcəyini qeyd edir.
“Seçkilərə gədər cəmi bir həftə qalıb, belə sakit mühit heç vaxt olmayıb. Özləri çıxırlar və camaata səslənirlər ki, saxtalaşdırmaq mümkün deyil. Elektron seçki sistemində insanların səsləri qorunur və saxtalaşdırmaq mümkün deyil, bunu özləri də etiraf edirlər. Yəni, artıq heç bir tədbir görməyə əsas yoxdur”, – deyə Mixeil Kavelaşvili bildirib.