Mixeil Ğavelaşvili Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğanla görüşüb
Mixeil Ğavelaşvili Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğanla görüşüb

Gürcüstan prezidenti Mixeil Ğavelaşvili Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğanla görüşüb. Bu barədə məlumatı prezident administrasiyası yayır.

Qurumun məlumatına görə, görüşdə tərəflər Gürcüstan və Türkiyə arasındakı dostluq münasibətlərinə diqqət yetiriblər və ənənəvi idman növlərinin inkişafının əhəmiyyəti və perspektivləri barədə müzakirə ediblər.

“Bilal Ərdoğan İdman Nazirliyi və Gürcüstan Güləş Federasiyasının dəvəti ilə Gürcüstandadır. O, Gürcüstanın tarixində ilk dəfə ev sahibliyi etdiyi Güləş üzrə Dünya Çempionatında iştirak edəcək. Görüşdə idman naziri Şalva Qoqoladze və Gürcüstanda Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay iştirak edib”, – prezident administrasiyasının yaydığı məlumatda deyilib.