Mixeil Ğavelaşvili - Donald Tramp təbrik məktubunda əməkdaşlıq üçün hazır olduğunu ifadə etdi, bu məktubla qarşılıqlı münasibətlərə ilk addımların atıldığını deyə bilərik
Mixeil Ğavelaşvili - Donald Tramp təbrik məktubunda əməkdaşlıq üçün hazır olduğunu ifadə etdi, bu məktubla qarşılıqlı münasibətlərə ilk addımların atıldığını deyə bilərik

26 may münasibətilə ABŞ prezidentinin təbrik məktubunda mühüm məqamlar yer alıb. Aydın oldu ki, o, münasibətlərin inkişafına hazırdır və demək olar ki, bu məktubla ilk addımlar atılıb, – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Gürcüstanın Birinci Kanalının “Maka Tsintsadze ilə Akual mövzu” adlı verilişdə bildirib.

“26 mayla bağlı, Gürcüstan Prezidenti olaraq, ABŞ Prezidentindən əvvəl mən bir sıra ölkələrdən təbriklər aldım. Hər hansı bir ölkənin milli bayramı olduğu zamanı, biz həmin ölkənin prezidentlərinə təbrik məktubları göndəririk. ABŞ Prezidentindən təbrik almaq çox xoşdur. Yəqin ki, bu spekulyasiyaları müzakirə etməyə dəyməz. İctimaiyyət bilməlidir: təbrik məktubu olması ilə yanaşı məzmunda mühüm məqamlar da var. Məktubda bizim suverenliyimizə, təhlükəsizlik məsələsinə və mövcud müstəqillik və azadlıq uğrunda mübarizəyə xüsusi diqqət yetirilir, həmçinin Tramp administrasiyasının Gürcüstan hökuməti ilə münasibətləri yenidən qurmaq istəyinə dair hazırlığı ifadə olunur.

Təbrik məktubunda birbaşa qeyd olunur ki, biz ticarət-iqtisadi əlaqələrə başlaya bilərik. Düşünürəm ki, bu, onlar tərəfindən çox müsbət əlamətdir.

Tarixi baxımdan da nəzər salsaq, bundan əvvəl bizim Baş nazirimiz İrakli Kobaxidzenin açıq məktubu və münasibətlərin qurulması üçün atılmış bir sıra addımlar da olmuşdu. Mən, parlament üzvü və “Xalqın Gücü” nümayəndəsi kimi, tez-tez bu dəyərlərin uyğunluğunu nümunə gətirirdim. Tramp bu dəyərlər barədə açıq şəkildə bəyan edirdi. Bu, onun seçkilərdə qalib gəlməli olduğuna inanmağa əsas verdi və əvvəlki administrasiyanın bütövlükdə ölkəyə, xüsusən də hökumətə hansı təzyiqlər etdiyini bildiyimizi nəzərə alsaq, ABŞ və Gürcüstan arasında münasibətlərin gec-tez fərqli inkişaf edəcəyinə imkan verdi. Onların fərqli münasibəti var idi.

İstəsək də, istəməsək də bu böyük ölkə bizim üçün örnək olub, həmişə nümunə olub. Bu fərqli yanaşmalar qeyri-müəyyən idi. Gürcülər emosional xalqıq, bunu qəbul edə bilmirdik. Cəmiyyətin bu barədə məlumatlı olmasına çalışırdıq ki, biz açığıq, hazırıq və arxa çevirmirik. Bizim ABŞ-a, ABŞ səfirinə hücum etdiyimiz barədə davamlı fərziyyələr var idi.

Həqiqət birdir və biz həmişə qeyd etmişik ki, biz hücum etmirik, lakin suverenliyimizdən əl çəkə bilmərik. Biz bunu gözləyirik, gec-tez bu standart münasibətlər bərqərar olacaq və biz buna ümid edirdik, lakin nəzərə alsaq ki, hər hansı bir ölkənin administrasiyası fərqli baxışlarla hərəkət edə bilər, biz onlarla uyğunlaşa bilməzdik”, – deyə Mixeil Ğavelaşvili bildirib.

Bununla yanaşı, Ğavelaşvilinin söylədiyinə görə, Gürcüstan hakimiyyəti həmişə milli maraqlar əsasında fəaliyyət göstərirdi.

“Biz kifayət qədər uzunmüddətli və yaxşı strategiya müəyyən etdik ki, həmişə milli maraqlarımız əsasında hərəkət edək. Məhz bu uyğunluqdan danışıram — dəyərlərdən, hansı ki, qələbədən sonra birbaşa bəyanat olmuşdu.Rubio daim vurğulayır ki, onlar milli maraqlar əsasında hərəkət edirlər. Avropa ölkələrində də bu vurğulanmağa başladı ki, milli maraqlar hər bir ölkə üçün ən önəmli amillərdən biridir. Ölkələr milli maraqlardan danışanda, burada hörmət yaranır. İmkanlar fərqli ola bilər, amma uyğunlaşa bilmək və dialoq qurmaq lazımdır. Xüsusilə də, strateji tərəfdaşlar və dostuqsa.