Mixeil Ğavelaşvili - Bu gün münasibətilə bütün Gürcüstanı təbrik etmək istəyirəm, ölkənin birliyi, qələbəsi ailələrdən başlayır, biz mütləq qalib gələcəyik
Bu gün münasibətilə bütün Gürcüstanı təbrik etmək istəyirəm. Ailə hissi, ailə sevgisi vətən sevgisi ilə bərabərdir və bunu hamımız birlikdə hiss edirik, – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Ailə Müqəddəsliyi və valideynlərə hörmət gününə həsr olunmuş yürüş başlamazdan əvvəl jurnalistlərə bildirib.
Onun dediyinə görə, ölkənin birliyi, qələbəsi ailələrdən başlayır.
“Bizim dayandığımız dəyərlər, hörmət məhz ailədən başlayır. Bu günə xüsusi əhəmiyyət verdiyinə görə Patriarxa dərin təşəkkürümü bildirmək istəyirəm. Bu gün millətdə necə sevinc olduğunu görürük. Ailə hissi, ailə sevgisi vətən sevgisi ilə bərabərdir və bunu hamımız birlikdə hiss edirik. Mən bir daha bütün Gürcüstanı bugünkü gün münasibətilə təbrik etmək istəyirəm. Belə birlik olduğu zaman biz mütləq qalib gələcəyik. Bizim birliyimiz və qələbəmiz məhz ailələrdən başlayır”, – Gürcüstan Prezidenti bildirib.