Mixeil Ğavelaşvili - Bu, qəti şəkildə qəbuledilməzdir və mən Vaşinqtonda baş vermiş hücum cəhdini pisləyirəm, prezidentin, birinci xanımın və tədbirdə iştirak edən hər kəsin təhlükəsizliyinin təmin edilməsi vacibdir
Vaşinqtonda baş vermiş hücum cəhdi qəti şəkildə qəbuledilməzdir və mən bunu pisləyirəm, – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili sosial şəbəkədə yazır.
“Bu cür hücumlar təkcə konkret şəxslərə deyil, həm də dövlət qurumlarına, demokratik qaydaya və ictimai sabitliyə təhlükə yaradır.
Prezidentin, birinci xanımın və tədbirdə iştirak edən hər kəsin təhlükəsiz olması vacibdir”, – deyə Mixeil Ğavelaşvili yazır.
Xatırladaq ki, ABŞ-da Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib.