Mixeil Ğavelaşvili - Bizim Azərbaycanla nümunəvi münasibətimiz var, Əliyev də düşünür ki, biz nümunəvi olmalıyıq və hər kəsə regionumuzun necə inkişaf edə biləcəyini göstərmək üçün resursumuz var
Mixeil Ğavelaşvili - Bizim Azərbaycanla nümunəvi münasibətimiz var, Əliyev də düşünür ki, biz nümunəvi olmalıyıq və hər kəsə regionumuzun necə inkişaf edə biləcəyini göstərmək üçün resursumuz var

Bizim Azərbaycanla nümunəvi münasibətimiz var, Əliyev də düşünür ki, biz nümunəvi olmalıyıq və hər kəsə regionumuzun necə inkişaf edə biləcəyini göstərmək üçün resursumuz var, – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili jurnalistlərə müsahibəsində bildirib və Azərbaycana səfərini yekunlaşdırıb.

Ğavelaşvilinin dediyinə görə, Azərbaycanla Gürcüstan arasında münasibətlər çox yüksək səviyyədədir.

“Prezident olaraq ilk səfərimizin regionumuza olacağını əvvəlcədən elan etdik. Bu səfərin Azərbaycanda baş tutduğu üçün şadam. Bildiyiniz kimi, dünən bizim baş nazir və nazirlərlə, bu gün prezident İlham Əliyevlə yüksək səviyyəli görüşümüz oldu və bunu Milli Məclisdə xanım Qafarova ilə görüşümüzlə sonlandırdıq. Azərbaycan və Gürcüstan arasında münasibətlər yəqin ki, nəzərə çarpır, çox yüksək səviyyədədir”, – Ğavelaşvili bildirib.

Mixeil Ğavelaşvilinin qeyd etdiyi kimi, iqtisadi, ticarət, enerji, mədəni məsələlər baxımından və dünyada mövcud siyasi vəziyyət fonunda Gürcüstanla Azərbaycan arasında münasibətlərin nümunəvi olduğunu deməyə əsas var.

“Strateji tərəfdaşlığın, iki bərabərhüquqlu ölkə arasında dostluğun, qarşılıqlı hörmətin nə demək olduğunu hər kəs bilə biləcək. Bunların hamısı mənim səfərimlə bağlı bütün səviyyədə ifadə olundu. Fürsətdən istifadə edərək belə səmimi, səmərəli qəbula və qonaqpərvərliyə görə onlara dərin təşəkkürümü bildirmək istəyirəm. Bizim Azərbaycanla həqiqətən də nümunəvi əlaqəmiz var. Biz həm region, həm də Ermənistan barədə də danışdıq. Ümid edirik ki, uzunmüddətli prosesdə hamımız əmin olacağıq ki, regionumuz üçün uzunmüddətli stabil, sülh mühiti vacibdir. Mən bu barədə səmimiyəm. Mən İlham Əliyevlə danışanda o da eyni şəkildə düşünür ki, biz təmsilçi, nümunəvi olmalıyıq və hər kəsə regionumuzun necə inkişaf edə biləcəyini göstərmək üçün resursumuz var”, – Mixeil Ğavelaşvili bildirib.