Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş keçirib.
Prezidentin mətbuat xidmətinin məlumatına əsasən, görüş zamanı iki ölkə arasında tarixi olaraq möhkəm dostluq münasibətləri və Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri müzakirə olunub.
“Ölkələr arasında beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İki ölkənin qanunverici orqanları arasında mövcud səmərəli tərəfdaşlıq xüsusilə qeyd olunub”, – prezidentin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib.
Genişləndirilmiş görüşdə nümayəndə heyətinin tərkibinə daxil edilmiş Gürcüstan parlamentinin üzvləri Qivi Mikanadze, Zaur Darqali, Savalan Mirzoyev və xarici işlər nazirinin müavini Laşa Darsalia iştirak edirdilər.