Mixeil Ğavelaşvili Antonio Quterreşlə görüşüb
Mixeil Ğavelaşvili Antonio Quterreşlə görüşüb

Gürcüstan prezidenti Mixeil Ğavelaşvili BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə sülhün və davamlı inkişafın əhəmiyyətinə xüsusi diqqət yetirilib.

“Gürcüstanın Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin təmin edilməsində rolu qeyd olunub.

Görüşdə dünyanın qarşısında duran çağırışlara diqqət yetirilib”, – deyə Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Onların məlumatına görə, Mixeil Ğavelaşvili qeyd edib ki, Gürcüstan hökumətinin seçdiyi sülh, sabitlik və iqtisadi rifah vektoru sarsılmazdır və buna görə də BMT-nin baş katibi Gürcüstan prezidentinə təşəkkür edib.

“Görüşdə BMT-nin Baş katibi cənab Quterreş çox böyük təzyiqlərə dözdüyümüzü qeyd edib. “Gürcüstanın bu cür düzgün, sülh, sabitlik və inkişaf yolunu seçdiyinə görə bizə dərin təşəkkürünü bildirib. Bunu hamı görür, qeyd edir və belə qiymətləndirmələr çox xoşdur”, – Mixeil Ğavelaşvili bildirib.

Gürcüstan Prezidenti BMT-nin Fəxri Qonaqlar Kitabına xatirə qeydi yazıb.