Mixeil Dauşvili - “Demokratiya Festivalı”nda bilərəkdən iştirak etmirik, prosesin qeyri-hökumət təşkilatı tərəfindən təşkili və “Milli Hərəkat”ın iştirakı suallar doğurur
Mixeil Dauşvili - “Demokratiya Festivalı”nda bilərəkdən iştirak etmirik, prosesin qeyri-hökumət təşkilatı tərəfindən təşkili və “Milli Hərəkat”ın iştirakı suallar doğurur

 
“Demokratiya Festivalı”nda bilərəkdən iştirak etmirik. Hesab edirik ki, bizim tərəfimizdən bu prosesdə iştirak səhvdir – bu haqda “Qaxaria Gürcüstan naminə” partiyasının üzvü Mixeil Dauşvili deyib.

Dauşvili, sözügedən tədbirlə bağlı bəzi sualların olduğunu bildirib.

“Təəssüf ki, bir tərəfdən qeyri-hökumət təşkilatı tərəfindən bu prosesin təşkili, digər tərəfdən isə “Milli Hərəkat”ın iştirakı müəyyən suallar doğurur, hərçənd mən heç bir şəkildə Danimarka dövlətinin özünü günahlandıra bilmərəm. Bu, yalnız onların maliyyə vəsaitidir, vəsaitin necə xərclənməsinə, konkret təşkilat qərar verir. Mən bunu Danimarka dövləti tərəfindən edilmiş müdaxilə hesab etmirəm, sual yaranır ki, bu, pulu xərcləyən konkret təşkilat tərəfindən adi fəaliyyətdirmi, yoxsa seçkiöncəsi prosesə qoşulmaqdırmı? Biz planımızı izləyirik və “Milli Hərəkat” hardasa toplaşıbsa, biz niyə orda iştirak etməliyik” – Mixeil Dauşvili bildirib.

Avqustun 3-də Telavidə “Çoxpartiyalı Demokratiya üçün Şərqi Avropa Mərkəzi” (EECMD) qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə müxalifət liderlərinin, o cümlədən “Milli Hərəkat”ın sədri Tina Bokuçava, “Birliy”in lideri Qiorqi Vaşadze, “Güclü Gürcüstan” koalisiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidzenin iştirak etdiyi “Demokratiya Festivalı” keçirilib. Yayılmış məlumata əsasən, tədbir Danimarka tərəfindən maliyyələşdirilib.

“Demokratiya festivalı” iyulun 27-də Tsalenjixada da keçirilib və tədbirdə eləcə də müxalifət nümayəndələri iştirak ediblər.