Mixaylo Podolyak - Kiyev dərk edir ki, hazırda hərbi yolla Rusiyanın nəzarətində olan bütün ərazilərin azad edilməsi mümkün deyil
Kiyev dərk edir ki, hazırda hərbi yolla Rusiyanın işğal etdiyi bütün ərazilərin azad edilməsi mümkün deyil. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Yaponiyanın ictimai yayımçısı NHK-yə verdiyi müsahibədə bildirib.
Podolyakın qeyd etdiyi kimi, Ukrayna realist olmalıdır. Onun sözlərinə görə, atəşkəs ssenarilərindən biri “cəbhə xəttinin dondurulması” ola bilər.
“Zelenski vurğuladı ki, Ukrayna realist olmalıdır. Zelenskinin sözlərinə görə, ölkə hazırkı şəraitdə Rusiyanın işğal etdiyi bütün əraziləri hərbi yolla azad etməyin mümkün olmadığını dərk edir”, – Podolyak qeyd edib.
Müsahibəsində Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri həmçinin istənilən Ukrayna ərazisinin Rusiyanın bir hissəsi kimi tanınmasını istisna etdi. Ukraynanın təhlükəsizlik zəmanətlərinə gəlincə, Podolyak hesab edir ki, Ukraynada xarici kontingentin yerləşdirilməsi ilə yanaşı, hüquqi mexanizm də işlək olmalıdır ki, Rusiya yenidən təcavüzə başlayacağı təqdirdə dərhal sanksiyalar tətbiq olunsun.