Mixailo Podoliakın qiymətləndirməsinə əsasən Rusiya patriarxının “Milad atəşkəsi” elan etmək çağırışı “istehzalı tələdir”

19:02, 05.01.2023

 

Mixailo Podoliakın qiymətləndirməsinə əsasən Rusiya patriarxının “Milad atəşkəsi” elan etmək çağırışı “istehzalı tələdir”. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri öz “Twitter” səhifəsində yazıb.

O, Rusiya Ortodoks Kilsəsinin ortodoks dünyası üçün avtoritet olmadığını və “müharibənin təbliğatçısı” olduğunu bildirib.

Podoliak, rus kilsəsinin tez-tez ukraynalıların soyqırımına çağırış etdiyini və Rusiyanın daha çox hərbiləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Xatırladaq ki, yanvarın 5-də patriarx Kiril ortodoksların bayramda kilsələri sərbəst ziyarət edə bilmələri üçün Ukrayna ilə “Milad atəşkəsi” elan etməyə çağırıb.

Oxşar