Mixail Saakaşvili Ukrayna Prokurorluğunda sorğulanmağı rədd etdi
Mixail Saakaşvili Ukrayna Prokurorluğunda sorğulanmağı rədd etdi

Odessa əyalətinin sabiq qubernatoru Mixail Saakaşvili, Ukraynanın baş prokurorluğunda sorğulanmağı rədd etdi.

Saakaşvilinin dediyinə görə, ona qarşı ittihamlar Ukraynanın Dövlət Təhlükəsizliyi tərəfindən irəli sürüldü və məhz onların suallarına cavab verəcək.

Ukrayna prokurorunun bəyanatına görə isə, əgər Mixail Saakaşvili sorğulamaya öz ayağı ilə getməsə, hüquq mühafizəçilər onun yanına gedəcəklər və qanun çərçivəsində hərəkət edəcəklər.