Mixail Podoliak - Rusiya Ukrayna şəhərlərinə 120-dən çox raket atıb
Mixail Podoliak - Rusiya Ukrayna şəhərlərinə 120-dən çox raket atıb

 

Rusiya Ukrayna şəhərləri istiqamətində 120-dən çox raket atıb – bu barədə Ukrayna Prezident Administrasiyasının müşaviri Mixail Podolyak məlumat yayır.

Ukraynanın hakimiyyət nümayəndəsi Rusiyanın raket hücumunun kritik infrastrukturu dağıtmaq və əhalini kütləvi şəkildə qətlə yetirmək məqsədi daşıdığını bildirib.

Rusiyanın Ukrayna paytaxtına hücumu nəticəsində evlərə, sənaye obyektinə və oyun meydançasına ziyan dəyib.

Ukraynanın hava hücumundan müdafiə sistemi hələ də işləyir və hakimiyyət insan təlafatı haqqında məlumat öyrənməyə çalışır.

Kiyevin meri Vitali Kliçko partlayış nəticəsində 3 nəfərin, o cümlədən 14 yaşlı yeniyetmənin yaralandığını bildirib. Bombardman səbəbindən Lvovun 90 faizi işıqsız qalıb.