Mixail Podoliak – Rusiya indiki formada mövcud ola bilməz, siyasi transformasiyadan keçməsi zəruridir
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın indiki formada mövcud ola bilməyəcəyini və onun siyasi transformasiyadan keçməsinin labüd olduğunu bildirir.
“Biz həqiqətdən qorxmamalıyıq. Rusiya indiki formada və indiki hakim elita ilə mövcudluğunu davam etdirə bilməz. Rusiya məğlub olmalı, beynəlxalq hüquqa məhəl qoymadığına görə cəzalandırılmalı və siyasi transformasiyadan keçməlidir”-deyə Podoliak “Twitter” səhifəsində yazır.
Podoliak Rusiyada bunu nə qədər tez başa düşsələr, qurbanların bir o qədər az olacağını bildirib.