Mixail Podoliak – Putin reallığa qayıtmalıdır, Rusiya Ukraynaya hücum etdi və vətəndaşlarını qətlə yetirir, məsuliyyətdən yayınmağa çalışır, biz tribunala gedirik
Putin reallığa qayıtmalıdır- Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak Vladimir Putinin danışıqlarla bağlı bəyanatına belə cavab verib.
Podolyak Rusiyanın danışıqları istəmədiyini, lakin məsuliyyətdən yayınmağa çalışdığını bildirib.
“Putin reallığa qayıtmalıdır.
Rusiya Ukraynaya hücum edib və vətəndaşlarını qətlə yetirir. Başqa ölkə, motiv, geosiyasət yoxdur.
Rusiya danışıqlar aparmaq istəmir, məsuliyyətdən yayınmağa çalışır. Bu aydındır. Beləliklə, biz tribunala gedirik”-deyə Mixail Podoliak yazır.