Mixail Podoliak – hərəkətlər sözlərdən daha yüksək səslə danışır, Ukrayna Rusiyanın Xersonu döyüşsüz tərk etdiyinə dair əlamət görmür
Ukrayna Rusiyanın Xersonu döyüşsüz tərk etdiyinə dair əlamətlər görmür, Ukrayna səhnələşdirilmiş televiziya bəyanatlarına deyil, kəşfiyyat məlumatlarına əsaslanaraq əraziləri azad edir – Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podoliak Rusiyanın Xersondan qüvvələrini geri çəkməsi barədə məlumata belə reaksiya verib.
“Hərəkətlər sözlərdən daha yüksək səslə danışır. Biz Rusiyanın Xersonu döyüşsüz tərk etməsinə dair heç bir əlamət görmürük. Rus qruplarının bir hissəsi şəhərdə qalır, bölgəyə isə əlavə ehtiyatlar göndərirlər. Ukrayna səhnələşdirilmiş televiziya bəyanatlarına deyil, kəşfiyyat məlumatlarına əsaslanaraq əraziləri azad edir”-deyə Mixail Podoliak yazır.
Rus mətbuatı Sergey Şoyqunun əmri ilə Rusiyanın silahlı qüvvələrini Xersondan çıxarması barədə məlumat yayır.